Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 50 dəfə artırılıb

20 Oktyabr 2015 14:58 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

Movqe.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

 

Dəyişikliyə əsasən, "Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır" cümləsində "10 milyon" sözü "500 milyon" sözü ilə əvəz edilir. 

 

Layihə səsə qoyularaq qəbul olunub.