Naxçıvan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına sədr təyin edilib

20 Oktyabr 2015 16:00 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya sədr təyin edilib.

Movqe.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri təyin edilib.

Qeyd edək ki, İ. Qəribli Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olub.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Etibar Musayevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsindən azad edib.