Yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul olundu

20 Oktyabr 2015 15:43 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi təsdiq edilib. Movqe.az-ın məlumatına görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, qanun layihəsinin Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyini bildirib. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.