Putin: “Terrorçular Suriyadakı platsdarmdan istifadə edərək, ayrı-ayrı regionlarda gərginlik yaratmaq istəyirlər”

20 Oktyabr 2015 18:42 (UTC+04:00)

"Terrorçular Suriya və digər Yaxın Şərq ölkələrində platsdarm yaradaraq, ekspansiyanı genişləndirməyi və ayrı-ayrı regionlarda gərginlik yaratmağı planlaşdırırlar".

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə yüksək vəzifələrə təyin olunmuş zabitlərin təqdimat mərasimində çıxış edərkən deyib.

"Onlar bir çox dövlətlərdən, o cümlədən Rusiya və MDB respublikalarından olan silahlıları sıralarına cəlb edirlər", - deyə Rusiya prezidenti bildirib.

Putin qeyd edib ki, Rusiya qabaqlayıcı tədbirlər görmək üçün Suriyada əməliyyatlara başlayıb: "Suriyaya hərbi dəstək Rusiyanın hərbi doktrinasına və beynəlxalq hüquqa tamamilə uyğundur".