Bibiheybət yolunda xüsusi hərəkət zolaqlarının çəkilməsi işləri yekunlaşıb

20 Oktyabr 2015 19:15 (UTC+04:00)

Bu gün Bibiheybət yolunda xüsusi hərəkət zolaqlarının çəkilməsi işləri yekunlaşıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sabahdan etibarən isə, Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılacaq.

Qeyd edək ki, Bakıda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə Bibiheybət yolu, Əhməd Rəcəbli küçəsi, Alfred Nobel prospekti, Rəşid Behbudov küçəsi, Yusif Səfərov küçəsi, Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi zolaqların yaradılması üçün işlərə başlanılıb.