Nazir: "Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması inqilabi islahatdır"

20 Oktyabr 2015 23:00 (UTC+04:00)

"Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması tarixi və inqilabi islahatdır".

Movqe.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, prezident İlham Əliyev tərəfindən verilən göstərişlərin hamısı yerinə yetirilməyib və bu istiqamətdə işlər davam etdirilir: "Qanunsuz yoxlama ümumiyyətlə aparılmamalıdır. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi hələ altı ayın yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev tərəfindən verilmiş göstərişlərə uyğun olaraq "Qaynar xətt" yaradılıb və sahibkarlıq subyektlərinə məlumat verilib ki, belə hallar olarsa, mütləq müraciət etsinlər".