​Dünya bazarında Azərbaycan nefti 0,5% ucuzlaşıb

21 Oktyabr 2015 10:40 (UTC+04:00)

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,24 dollar yaxud 0,48% ucuzlaşıb.

Dövlət Neft Şirkətindən verilən məlumata görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,97 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.