İran Suriyadakı hərbi təlimatçılarının sayını artırıb

21 Oktyabr 2015 11:35 (UTC+04:00)

İran Suriyada hərbi təlimatçılarının sayını artırıb.

Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Londonda səfərdə olan İran XİN rəhbərinin müavini Hüseyn Əmir Abdullahiyan bildirib.

"Suriyada hərbi müşavirlərin sayının artırılması bu ölkədə sabitliyin bərqərar olmasına yönəlib. Onlar Dəməşqin rəsmi xahişi əsasında antiterror kampaniyasının aparılmasına dəstək məqsədilə oradadırlar", deyə nazir müavini qeyd edib.

"Suriyada İranın nizami silahlı qüvvələri yoxdur, lakin bizim hərbi müşavirlər Suriyanın mərkəzi hökumətinə kömək edir. Bu insanlar terrorla mübarizə sahəsində lazımi təcrübə və biliklərə malikdirlər", deyə XİN rəhbərinin müavini vurğulayıb.

Rusiya ilə münasibətlərə isə gəlincə Hüseyn Əmir Abdullahiyan bu əlaqələrin strateji xarakter daşıdığını qeyd edib: "Tehranın Moskva ilə strateji əlaqələri mövcuddur və bu əlaqələr İslam İnqilabından bu vaxtadək heç vaxt müvəqqəti xarakter daşımayıb və heç vaxt hər-hansı bir müəyyən dövrlə məhdudlaşmayıb", deyə İran XİN rəhbərinin müavini vurğulayıb.