Con Kerri Sergey Lavrovla görüşəcək

21 Oktyabr 2015 11:50 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Con Kerri bu həftə rusiyalı həmkarı Sergey Lavrovla görüşərək Suriya və Ukrayna mövzularını müzakirə etməyi planlaşdırır.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, görüşün yeri ilə bağlı məlumat verməyən ABŞ rəsmiləri, dövlət katibinin Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya rəsmiləri ilə də bir araya gələcəyini qeyd ediblər.


ABŞ-ın dövlət katibinin Yaxın Şərqə səfəri oktyabrın 21-dən 25-ə kimi davam edəcək.