Dərmanların tərkibindəki əlavə qatqılar zəhərlənməyə yol açır-ARAŞDIRMA

21 Oktyabr 2015 11:48 (UTC+04:00)

Ölkədə zəhərlənmə diaqnozu ilə həkimə müraciət edənlərin arasında dərmandan zəhərlənənlərin sayı az deyil. Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudovun sözlərinə görə, bu ilin sentyabr ayında paytaxtda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərman zəhərlənməsi ilə əlaqədar ümumilikdə 12 xəstə müraciət edib. Azər Maqsudovun sözlərinə görə, ötən 2 ayla müqayisədə zəhərlənənlərin sayında qismən də olsa artım var: "Avqust ayında dərmandan zəhərlənmə diaqnozu ilə 9 müraciət daxil olub. Onlardan ikisi azyaşlı uşaq olub. İyul ayında isə dərman zəhərlənməsi diaqnozu ilə şöbəyə 11 nəfər yerləşdirilib.Ötən ay isə dərmandan zəhərlənən 12 xəstədən 3-ü azyaşlı uşaq olub".

Dərmandan zəhərlənmə faktı baş verdikdə ağıla ilk gələn versiya dərman preparatının köhnə yaxud keyfiyyətsiz olmasıdır. Amma bununla belə, Azərbaycanda dərmandan zəhərlənmələrin baş verməsinin əsas səbəbi həmişə olduğu kimi sual olaraq qalır. A. Maqsudov deyir ki, son üç ayın dərman zəhərlənmələri ilə bağlı statistik rəqəmlərini analiz edəndə məlum olur ki, uşaqların dərmandan zəhərlənmələrinin əsas səbəbi onların nəzarətsiz buraxılmaları olub. Böyüklaərdə isə zəhərlənmə halları dərmanın kəskin allergik reaksiyası və əlavə təsiri ilə bağlı olur. Ümumiyyətlə A. Maqsudov bəzən dərman zəhərlənmələrində doza həddinin aşmasının da bu cür nəticələrə gətirib çıxardığını söyləyir. Azər Maqsudov deyir ki, sakitləşdirici, yuxugətirici, depressiya əleyhinə və vitamin preparatları daha çox zəhərlənmələrə səbəb olur

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov isə dərman zəhərlənmələrinin əksər hallarda həkim məsləhəti olmadan dərman preparatı qəbulu zamanı baş verdiyini söyləyir. Onun sözlərinə görə, Sə­hiy­yə Na­zir­li­yi­  Far­mo­ko­lo­ji Nə­za­rət Sis­te­mi va­si­tə­si­lə dərman zəhərlənmələrinin səbəblərini üzə çıxardır. P. Əzizbəyov deyir ki, qay­da­ya gö­rə bü­tün dər­man va­si­tə­lə­ri­nin iç­lik və­rə­qə­sin­də onun əla­və mən­fi tə­si­ri ba­rə­də qeyd gös­tə­ri­lir: "Dərman zəhərlənmələri əsasən doza həddini aşma, yaxud həkim məsləhəti olmadan dərman qəbulu zamanı baş verir. Çox təəssüf ki, bəzən xəstələr aptekdə əczazçı ilə yaxud özləri qərar verərək hansısa xəstəliyin müalicəsi üçün dərman alıb qəbul edir. Reseptsiz alınan dərmanların əlavə təsirləri və doza həddi barədə məlumatlı olmadıqlarından zəhərlənmə halları baş verir".

P. Əzizbəyov ölkəyə gətirilən dərman preparatlarının labarator müayinədən keçirildiyini, keyfiyyətinə ciddi nəzarətin olduğunu söyləsə də, professor Adil Qeybulla ölkəmizə keyfiyyətsiz dərmanların da ayaq açdığını deyir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə dərmanların idxalına ciddi nəzarət mexanizmi var: "İnkişaf etmiş ölkələrdə tərkibinə çoxsaylı qatqılar əlavə edilərək istehsal olunan dərmanlar ölkəyə buraxılmır. Ümumiyyətlə dünya ölkələrinin əksəriyyəti tərkibi kimyəvi əlavə qatqılardan təmizlənmiş dərman preparatlarını alır. Çünki, əlavə qatqıların çoxu zəhərlənmələrə yol aça bilir".

A. Qeybulla deyir ki, elə dər­man pre­pa­rat­la­rı da var ki, on­la­rın iç­lik və­rə­qə­sin­də bu ba­rə­də düz­gün mə­lu­mat ve­ril­mir: "Dər­ma­nın han­sı əks tə­sir­lər ve­rə bil­mə­sin­dən xə­bər­siz olan hə­kim də çə­kin­mə­dən hə­min dər­man pre­pa­ra­tı­nı xəs­tə­yə tə­yin edir. Nə­ti­­ ­min dər­man pre­pa­ra­­ is­ti­fa­ edən xəs­­nin ­ziy­­ti ağır­la­şır. Dər­man­dan ­hər­lən­ hal­la­ baş ve­rir. Bu ­hər­lən­ ha­di­­si dər­ma­nın köh­ sax­ta ol­ma­ üzün­dən baş ve­ bi­lər. Be­ hal­la­r baş verdikdə Səhiyyə Nazirliyinə müraciət olunmalıdır ki, həmin dərmanpre­pa­ra­ la­bo­ro­tor müa­yi­­ cəlb olu­nsun. Dər­ma­nın əla­və tə­sir­lə­ri öy­rə­nil­dik­dən son­ra in­san or­qa­niz­mi üçün zə­rər­li ol­du­ğu təs­diq­lə­nər­sə hə­min dər­ma­nın is­ti­fa­də­si qa­da­ğan edi­lməlidir".

A. Qeybullanın sözlərinə görə, dərmanların istehsalı zamanı onların tərkibinə əlavə qatqıların qatılması ilə bağlı doza həddi var: "Yəni həmin doza həddini aşdıqda, dərman preparatı potensial zəhərlənmə mənbəyi ola bilər. Çünki, əlavə qatqılar ağır metallarla zəngin olur".

Həmsöhbətimiz deyir ki, ümumiyyətlə dərman bazarında keyfiyyətə nəzarət strateji əhəmiyyət daşıdığından, ciddi nəzarət sistemi olmaldır.  Əks halda dərmanı şəfa tapmaq üçün qəbul edib, şəfa ocaqlarına üz tutanların sayı çox olacaq.