Xoşqədəmdən Doğuşa: "“Sən məni dəyişdin”

21 Oktyabr 2015 12:10 (UTC+04:00)

Aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuşun ailə qurmasının bir ili tamam olur. Movqe.az xəbər verir ki, aparıcı Doğuşu "İnstagram"da təbrik edib: "Düz bir il əvvəl bu günü... Mənim dəyərli dostlarım, sizlərə xoşbəxtlik, sağlıq və hüzurlu bir yuva hazırlayıram. Allahıma şükr edirəm ki, bu gün güvənə biləcəyim, ən xoş günümdə, ən çətin anımda əlimdən tutan, mənlə sevinən, kədərlənən ailəm var. Allah evimizdən atamızı, anamızı əskik etməsin. Rəbbim bütün ailələrə xoşbəxtlik nəsib etsin. Qarşımıza qısqanc, paxıl, qəlbi pisliklərlə döyünən şeytanları çıxarmasın. Doğuş, nə yaxşı ki, varsan, səni tanıdım, bir ömür boyu yol getməyi seçdim. Sən məni dəyişdin. Hər dəfə şikayətlənəndə keçdiyin yolu, qarşılaşdığın insanları xatırladaraq, mənə şükr etməyi öyrətdin. Səninlə daha da müdrikləşdim. Nə yaxşı ki varsan"