Pan Gi Mun İsrail və Fələstinə səfər edib

21 Oktyabr 2015 12:48 (UTC+04:00)

BMT baş katibi Pan Gi Mun iki günlük səfər çərçivəsində İsrail və Fələstin torpaqlarında olub.

Movqe.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, baş katib İsrail prezidenti Reuven Rivlinlə görüşüb. BMT baş katibi bu gün İsrail baş naziri Benyamin Netanyahu, sabah isə Fələstinin prezidenti Mahmud Abbasla görüşəcək. Yerusəlimdə keçirilən mətbuat konfransında baş katib regiona səfərinin hər iki tərəfin rəhbərliyi ilə görüşmək məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, təcili tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək: "İsrail və Fələstin rəhbərliyi ilə keçirəcəyim görüşlərdə hər iki tərəfi yeni insidentlərin qarşısının alınması üçün razılaşdırılmış tədbirlər görməyə çağıracağam. Biz hər iki tərəfdən olan ekstremistlərin və ya zorakılığın yeganə çıxış yolu olduğunu düşünənlərin münaqişəni alovlandırmalarına imkan verməməliyik".

BMT baş katibi, həmçinin, Fələstin və İsrail arasında sülh danışıqlarının yenilənməsi üçün əlindən gələn bütün səyləri göstərəcəyini diqqətə çatdırıb.