Qeydə alınmış namizədlərin sayı açıqlandı

21 Oktyabr 2015 15:45 (UTC+04:00)

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin son sayı məlum olub.


Mərkəzi Seçki Komissiyasının (MSK) saytından məlumat verilir ki, seçkilərdə 769 namizəd iştirak edəcək.


Qeyd edək ki, bundan əvvəl MSK sədri Məzahir Pənahov seçkilərdə iştirak etmək üçün 1246 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi. Sonradan namizədlərin bir hissəsi seçkilərdə iştirakdan imtina edib.