BTRİB rəhbəri Beytulla Hüseynov vəzifəsindən çıxarıldı

21 Oktyabr 2015 16:27 (UTC+04:00)

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, B.Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.


Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.