RF MSK: DTİHB Azərbaycana müşahidəçi göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri korlayacaq

21 Oktyabr 2015 17:15 (UTC+04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycana parlament seçkiləri ilə bağlı müşahidəçilər göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri korlaya bilər.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov deyib.


O bildirib: "Fikrimcə, bu insident Büronun bir sıra ölkələrlə münasibətlərinə ciddi təsir edəcək".