Fransa Daxili İşlər Nazirliyi: 500-dən çox Fransa vətəndaşı İŞİD-in tərkibində döyüşür

21 Oktyabr 2015 19:30 (UTC+04:00)

Fransanın 500-dən çox vətəndaşı İŞİD qruplaşmasının tərkibində vuruşur.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu rəqəm Fransa daxili işlər naziri Bernar Kaznev tərəfindən açıqlanıb.


Yelisey sarayında Nazirlər Kabinetinin iclasının yekunları ilə bağlı mətbuat konfransı keçirən B. Kaznev Fransada hər gün terror fəaliyyətlərinə görə insanların həbs edildiyini bildirib. Nazir xatırladıb ki, ilin əvvəlindən başlayaraq Fransa hakimiyyət orqanları 25 nəfəri ölkədən çıxarıb. Söhbət radikal imamlar və digər ölkələrdən olan islamçılardan gedir. O həm də əlavə edib ki, 165 fransalının Yaxın Şərqdəki terrorçulara qoşulmaq ehtimalı olduğu üçün onların ölkədən çıxmalarına qadağa qoyulub. B. Kaznevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının addımları belə risklərin 100 faiz aradan qaldırılmasına imkan verməyib: "Əlimizdə olan məlumatlara görə, 520 fransalı İŞİD qruplaşmasına qoşulub".