Hacı Nuranın əməliyyat günü bəlli oldu

21 Oktyabr 2015 21:00 (UTC+04:00)

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sabah əməliyyat olunacaq.


Movqe.az-ın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb:


"Hər bir insan bu həyatda müvəqqətidir. Amma mənə təsəlli verən təkcə bu deyil. Həmişə inanmışam ki, insan əməlləri və xatirələri ilə əbədidir. Xəstə olmağımla nə zəif, nə əzgin, nə yazıq, nə də inamsız görsənmək fikrində deyiləm. Sadəcə, deyəcəyim xəbər odur ki, sağlam həyatın qədrini bilin və ətrafınızdakılarla mehriban olun. Gərəkli olun... Onda heç bir xəstəlik insanı qorxuda bilmir. İslama görə xəstəlik də imtahandır. İnşallah sabah mən yenə bir imtahana gedəcəm - əməliyyat olunacam. Lakin burada qəribəsi odur ki, qiymət yazan məndən heç nə soruşmayacaq. Ölkəmlə fəxr edərək bu imtahana qürurla gedirəm. Təki vətən sağ olsun. Dualarınızı əsirgəməyin.


Sizin Hacı Nuran".


Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiyası olunacaq.