Qurban Qurbanov: “Bizi çətin oyunun gözlədiyinin fərqindəyik"

22 Oktyabr 2015 11:55 (UTC+04:00)

Bu gün Avropa Liqasının qrup mərhələsində III turu çərçivəsində "Qarabağ" "Monako"nun qonağı olacaq.

Movqe.az Goal.az-a istinadən məlumat verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb:"Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. "Monako" ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindi. "Monako" sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib".