Besnik Hasi: "Qarabağ"a məğlubiyyət bizi qələbəyə məcbur edir"

22 Oktyabr 2015 14:00 (UTC+04:00)

Avropa LiqasınınJqrupunda yer alan Belçika təmsilçisi bu gün öz meydanında "Tottenhem"i qəbul edəcək.

Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, qarşılaşma ilə bağlı fikirlərini bildirən "Anderlext"in çalışdırıcısı Besnik Hasiqələbə qazanmaq məcburiyyətində olduqlarını söyləyib:"Qarabağ"a məğlubiyyət bizim üçün bugünkü görüşün əhəmiyyətini daha da artırır. Azərbaycan komandası bizi "Tottenhem"ə qalib gəlməyə vadar etdi. Həm "Tottenhem"lə görüşlərdə, həm də ondan sonra "Monako" ilə oyunda maksimum nəticə göstərməliyik ki, şansımızı sona qədər saxlayaq".

Xatırladaq ki, 2 turdan sonra "Tottenhem" 4 xalla qrupa liderlik edir. Ondan 1 xal geri qalan "Qarabağ" 3 xalla ikinci pillədədədi"Monako" 2 xalla üçüncü, "Anderlext" isə 1 xalla dördüncü pillədə qərarlaşır.