İtaliya Futbol Federasiyasından şok etiraf

22 Oktyabr 2015 14:35 (UTC+04:00)

Türkiyə Futbol Federasiyasının yoldaşlıq oyun təklifinə İtaliya Futbol Federasiyasının verdiyi cavab gizli bir müqaviləni aşkara çıxarıb.

Movqe.az-ın Goal.az-a isitnadən məlumatına görə, Türkiyə Futbol Federasiyası İtaliya Futbol Federasiyası arasında milli komandalar səviyyəsində qarşılıqlı təhsil, əmək və futbol mədəniyyəti yaratmaq məqsədi ilə razılaşma əldə olunub. Bu mühüm əhəmiyyətli layihəni inkişaf etdirmək üçün Milli Komandalar səviyyəsində bir yoldaşlıq oyununun keçirilməsi gündəmə gəlib.

Qısa müddət sonra, İtaliya Futbol Federasiyası bu oyunun keçirilməyəcəyini bildirib. İtalyanlar bu qərarı onlarla birlikdə 6 ölkənin yer aldığı milli komandalar arasında xüsusi müqavilənin imzalanması ilə əlaqələndirib. İtaliya, İngiltərə, İspaniya, Almaniya, Fransa və Hollandiya ilə bir-birilərindən başqa heç bir komanda ilə yoldaşlıq oyunu keçirməməyə razılaşıblar. Müqaviləyə əsasən, bu ölkə komandaları, Avro 2016 müzakirələrindən sonra və əvvəlki müqavilələr bitdikdən sonra mümkün qədər bir-biriləri xaric, başqa heç bir komanda ilə yoldaşlıq oyunu keçirməyəcək.

Müqavilə bağlanmasını 6 ölkənin bir-biri ilə oynayacağı matçlardan daha çox gəlir götürülməsi, bu komandaların oyunu zamanı stadionun bütünlüklə dolması, yayım gəlirlərindən də yaxşı pul alınması və hər hansı bədbəxt hadisə risqinin olmaması ilə əlaqələndirib.