Neft şirkətindən oğurluq edən 3 nəfər tutuldu

22 Oktyabr 2015 15:30 (UTC+04:00)

Bakıda oğurluq etmiş 3 nəfər tutulub. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 18-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində "Suraxanı Oil Operation Company S.A." şirkətinə məxsus 3 neft quyusundan kabel oğurlanıb. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Anar Şıxıyev, Nurlan Rəcəbli və İsa Əliyev saxlanılıblar.