Zamiq klip çəkilişi üçün Gəncəyə gedir

22 Oktyabr 2015 15:45 (UTC+04:00)

Müğənni Zamiq Hüseynov yeni klip çəkdirir. Müğənni "Yağış" adlı mahnısına klip çəkdirir. Bunun üçün o, Gəncəyə yola düşəcək.

 

"Oktyabrın 27-də Gəncə şəhərinə yola düşürük. Səfərimiz işgüzar xarakter daşıyır. Klip çəkilişinə yola düşürük. Gəncəni seçməyimiz də əbəs yerə deyil. Rejissor orada klipin ab-havasına uyğun olan küçə olduğunu bildirir. Köhnə evlər və köhnə pəncərəli küçədir".

 

Qeyd edək ki, mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Hakan Erola məxsusdur.Publika.az