Bakıda məhkum öldü

22 Oktyabr 2015 16:00 (UTC+04:00)

Bakının Binəqədi rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində ölüm hadisəsi qeydə alınıb.

Bu barədə "Report"a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1963-cü il təvəllüdlü məhkum Ramiz İsmayıl oğlu Məmmədov dünyasını dəyişib.

 

Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü bilinmir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.