Narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı beynəlxalq marşurut dəyişib-Özəl

22 Oktyabr 2015 15:15 (UTC+04:00)

Narkotiklərin qanunsuz daşınması ilə bağlı beynəlxalq marşurut dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarına qanunsuz narkotranzitlə məşğul olan dəstənin ələ keçən üzvləri öz ifadələrində bildiriblər. Movqe.az-a bu barədə məlumatı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva verib. L. Yolçiyeva bildirib ki, narkotik vasitələrin 95% aclıq, terror zonası sayılan Əfqanıstanda istehsal olunur. Və müxtəlif yollarla Avropaya və Rusiyanın qara bazarlarına daşınır: "Ildən-ildə daşınma marşrutu istiqamətləri dəyişdirilir. Öncələrdən quru yollarda daşınmasına üstünlük verilirdisə, artıq dəniz yolu vasitəsi ilə daşınmağa üstünlük verilir. Bir neçə il əvvəl Əfqanıstan İran, İran Azərbaycan buradan da iki istiqamətdə, Azərbaycan-Rusiya və ya Azərbaycan-Gürcüstan-Avropa marşrutu üzrə daşınmalar həyata keçirilirdi. Hal-hazırda isə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi Azərbaycan və buradan da quru yolu ilə Gürcüstan-Avropa marşrutu üzrə daşınmalar həyata keçirilir. 

Daşınma marşrutunun istiqamətləi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatların nəticəsində cinayət məsuliyyətinə cəlb olunan şəxslərin ifadəsində qeyd olunmuşdur. Onlar öz ifadələrində daşınma istiqamətinin cənubdan şimal olduğunu vurğulamışlar. Burada  Azərbaycan, Rusiya, Ukrayna, Əfqan, İran vətəndaşlarının ifadəsi əsasında istiqamətlər müəyyənləşdirilibdir".