Kasparov FİDE-dən qovuldu

22 Oktyabr 2015 19:20 (UTC+04:00)

Beynəlxalq Şahmat Federasiyanın (FİDE) etika komitəsi şahmat üzrə 13 qat dünya çempionu Harri Kasparovu və federasiyanın keçmiş baş katibi İqnatius Leonqu 2 il müddətində federasiya ilə bağlı fəaliyyətdən uzaqlaşdırıb. Bu barədə federasiyanın saytında xəbər yer alıb.

Bundan əvvəl isə Kasparov və Leonq Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mənəvi kodeksinin pozulmasında ittiham olunublar. Ötən il keçirilən Beynəlxalq Şahmat Federasiyasının prezidenti postuna seçkilərdə Kasparov Leonqla ona səs verməsi barədə müqavilə imzalayıblar. Müqaviləyə əsasən federasiyanın Asiya regionu Kasparovun leyhinə səs verməsi üçün Harri ona 500 min dollar ödəyib.

Bundan başqa Leonq Kasparovun qələbə çalacağı təqdirdə yaradacağı FİDE-nin yeni ofisinə rəhbərlik etməli idi. Qeyri kommersiya təşkilatı olan "Kasparov Chess Foundation" və Leonqun şəxsi kompaniyası "Asian Chess Academy" əsasında yeni qurum - "Kasparov Chess Foundation Asia" yaranmalı idi. Bu firma dörd il ərzində Leonqun kompaniyasının hesabına milyon dollar pul keçirməli idi. akin bütün bunlara baxmayaraq Kasparov seçkidə uduzub.

Xatırladaq ki, 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər atasının Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykimiyadan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını verib.

Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 18 yanvar 1980-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edib.