"Bu sözü qızlarıma qadağan etmişəm" - Vəfa Zeynalova
22 Oktyabr 2015 18:40 (UTC+04:00)
Əməkdar artist Vəfa Zeynalova "Günə baxan"
verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, aktrisa əkizlərinə qoyduğu
qadağalardan bəhs edib: "Deyə bilmərəm
ki, qızlarımı durmadan döymüşəm. Belə şeyi sevmirəm. Amma arada
çimdikləmişəm, səsimi yüksəltmişəm. Hətta arxalarınca nəyisə də
atmışam. O, "eşş" deyib nəyəsə etiraz edəndə özümü
cilovlaya bilmirəm. Bu sözü onlara qadağan etmişəm. Onlara
tapşırmışam ki, mən nəsə deyəndə, bu sözü işlətməyin. Həmin an sizi
vura, saçınızı da yola bilərəm".
V.Zeynalova qızı Səbinənin bu yaxınlarda moda
nümayişində podiuma çıxmasından da danışıb:
"Bunu peşə kimi görmürəm. Bir hobbidir. Qızım
çoxdan belə bir addım atmaq istəyirdi. Mən də icazə verdim".