Novruz Məmmədov: İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar

23 Oktyabr 2015 11:36 (UTC+04:00)

"Avropa İttifaqının Azərbaycan siyasətinin bir məqamı ikili standartın açıq göstəricisidir".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Necə olur ki, İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar. Amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər".