Abid Şərifov: "Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb"

23 Oktyabr 2015 13:06 (UTC+04:00)

Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib

"Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb".

 

Movqe.az məlumat verir ki, bunu baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında çıxışı zamanı deyib.

 

"Son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib", - deyə A. Şərifov qeyd edib.