Şagirdin müəlliməsini döyməsi ilə bağlı aparılan araşdırmanın nəticəsi açıqlandı

23 Oktyabr 2015 13:17 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar aparılan araşdırmaların nəticəsini açıqlayıb.

Movqe.az-ın məlumatına görə, idarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, Xətai rayonu 95 saylı məktəbdə şagirdin öz müəlliməsini döyməsi xəbəri öz təsdiqini tapmayıb: "Yayılan xəbər həqiqətə uyğun deyil. Məktəbdə müəllim və şagird arasında anlaşılmazlıq baş verib və elə həmin gün də aradan qaldırılıb".