Üç yaşındakı uşaqların yarısı internetdən istifadə edir

18 Oktyabr 2012 19:13 (UTC+04:00)
Movqe.Az bildirir ki,Üç yaşındakı isveçli uşaqların yarısının internetdən istifadə etdikləri məlum olub. İsveç İnternet infrastrukturu vəqfinin apardığı son araşdırmalara görə, üç yaşındakı kiçik isveçlilərin yarısı və 10 yaşındakı uşaqların üçdə ikisi internetdən istifadə edirlər. Qız uşaqların oğlan uşaqlara nisbətən daha aktiv olduğu söylənilən araşdırmada, kiçik yaşdakı uşaqların ümumiyyətlə valideynləriylə birlikdə internetdə oyun oynadıqları ya da video izlədikləri qeyd edilib. İsveç rəsmi xəbər agentliyi "TT"-yə danışan layihə rəhbəri Cenni Elvelid bildirib ki, "Uşaqların internetdən istifadə etməsini illərdir müşahidə edirik və bunun bir həddi olacağını düşünürdük, ancaq indi görürük ki internet artıq üç yaşındakı uşaqlar üçün də bir əyləncə vasitəsinə çevrilib." Araşdırmada bundan əlavə, isveçlilərin yarısının cib telefonlarından və beşdə birinin də tablet kompüterləri vasitəsilə internetdən istifadə etdikləri məlum olub.