Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat keçirilib, saxlanılanlar arasında Qamət Süleymanovun müavini də var

23 Oktyabr 2015 16:12 (UTC+04:00)

Saxlanılanlar arasında "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var

Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

 

Movqe.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Farklı Lahmacun" kafesində həyata keçirilən əməliyyat zamanı "vəhabi" təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı "haqqın.az" saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.