"Hər dəvətə qatılmıram" - Zümrüd Qasımova

24 Oktyabr 2015 00:00 (UTC+04:00)

"Hər dəvətə qatılmıram. Çünki özümü hər yerdə rahat hiss edə bilmirəm".

Movqe.az-ın məlumatına görə, bu sözləri aktrisa, aparıcı Zümrüd Qasımova "Hər şey daxil" verilişində deyib:


"Pozitiv insanam. Əylənməyi, dostlarla görüşməyi sevirəm. Amma hər yerdə şən ola bilmirəm. Özümə çox arxayın adamam. Bəzi yerlər ürəyimcə olmur. Heç vaxt özümü istəmədiyim yerdə olmağa məcbur edə bilmərəm. Pis əhvalım olanda bunu ətrafdakılara ötürməməyə çalışıram. İnsan ətrafındakılara pozitivlik saçmalıdır".