ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı XİN başçıları Vyanada Suriya məsələsini müzakirə edirlər

23 Oktyabr 2015 19:00 (UTC+04:00)

Avstriya paytaxtı Vyanada ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşü keçirilir.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dördtərəfli görüşdə Con Kerri, Sergey Lavrov, Firudin Sinirlioğlu və Ədəl əl-Cubeyr iştirak edir.

Nazirlər Suriyadakı vəziyyətə dair danışıqlar aparırlar.