Misirdə Tutanhamonun maskası üzərində bərpa işləri aparılacaq

23 Oktyabr 2015 02:00 (UTC+04:00)

Qahirədə Misir Milli Muzeyində Tutanhamonun məşhur qızıl maskası üzərində bərpa işləri aparılacaq. Maska təqribən bir il bundan qabaq muzeyin işçiləri tərəfindən korlanılıb.

Yerli KİV-lər xəbər verirlər ki, 2014-cü ildə muzey işçiləri təsadüfən məşhur fironun maskasını zədələyərək saqqalı qopardıblar. Onlar saqqalı epoksid qatranla yapışdırıblar, amma bir az keçəndən sonra qatranın izləri aşkar olunub. Kristian Ekmanomun başçılığı ilə Misir-Almaniya birgə mütəxəssislər qrupu iki ay ərzində maskanın üzərindən epoksid yapışqanı silməyi planlaşdırırlar.

Firon Tutanhamon eramızdan əvvəl 1332-1323-cü illərdə hakimiyyətdə olub.