MDB ölkələri Kosmik Tədqiqatlar İnstitutu yaratmaq istəyirlər

23 Oktyabr 2015 19:45 (UTC+04:00)

MDB ölkələri oktyabrın 23-də Minskdə kosmosda əməkdaşlıq haqqında protokol imzalayıblar. Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tərəfdaşlar Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu adlı beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatı yaratmaq barədə razılığa gəliblər.

Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan nümayəndələri çoxtərəfli əməkdaşlığın yeni hüquq-müqavilə bazasının yaradılması barədə də razılığa gəliblər.

Qeyd edək ki, oktyabrın 22-də MDB ölkələrinin kosmik fəaliyyət sahəsində əməkdaşlıq məsələləri üzrə VI yığıncağı işinə başlayıb.