Əhalinin 75%-i internet istifadəçisidir

23 Oktyabr 2015 06:00 (UTC+04:00)

Azərbaycan üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

"Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərüfatlarının 58,3%-də kompüter var və ev təsürrüfatlarının 75,2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70,6% genişzolaqlı xətlə, 25,4% mobil telefonla, yalnız 3,7% modem (dial-up) vasitəsilə qoşulur. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dial-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır", - nazirliyin məlumatında bildirilir.