"Həyat yoldaşım bezib" - Nadir

25 Oktyabr 2015 00:00 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə keçmiş günlərini xatırlayıb.


Movqe.az-ın məlumatına görə, sənətçi "Star life" verilişində həyat yoldaşına olan sevgisini dilə gətirib:


"Vaxt var idi mənə deyirdilər ki, "Sən kimsən?". Deyirdim, "Heç kim, adi Allahın yaratdığı biri". İllər ötdü, mən tanınmış müğənni oldum, bu günə gəlib çatdım. Məni qınayan insanla üz-üzə gəlib, həmin sözlərini xatırlatdım. Amma boynuna qoya bilmədim. Hər zaman sadə biri kimi davranmağa çalışmışam. Həyat yoldaşım da mənə dəstək olur. Hərdən ona sual verirəm ki, "İndiki halımda sənə elçi gəlsəydim, razılaşardın?". Cavab verir ki, "Yox. Bezmişəm evdə tapılmamağından". Amma bilirəm ki, zarafat edir".