Şokolad radio

25 Oktyabr 2015 08:30 (UTC+04:00)

Antalyalı üç qənnadı ustası şokoladdan antikvar radio hazırlayıblar. İşlək vəziyyətdə olan şokolad radio həm səs, həm də görünüş etibarilə əsl radiodan fərqlənmir.

Movqe.az Anadolu agentliyinə istinadən məlumat verir ki, şirniyyatçılar şokoladı əridib donduraraq böyük kütlə halına gətiriblər. Sonra antikvar əşyaya baxaraq onun bənzərini yaradıblar.

Qənnadıçılar antikvar dəyərini və orijinallığını qoruyan qrammafon, kino aparatı və tikiş maşını da hazırlayıblar.