ABŞ-ın dövlət katibi Əmmanda danışıqlar aparıb

25 Oktyabr 2015 09:00 (UTC+04:00)

İordaniya kralı II Abdulla Əmmanda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.Görüşdə regional məsələlər, o cümlədən Yerusəlimdə yaranan vəziyyət və sülh prosesinin bərpasına cəhdlər, habelə Suriya böhranı, İraqda vəziyyət, ekstremizm və terrorizmə qarşı mübarizə üzrə birgə cəhdlər müzakirə edilib.Həmin gün C.Kerri Əmmanda Fələstin Prezidenti Mahmud Abbasla da görüşüb. Tərəflər Yerusəlimdə gərginlik yaradan məsələləri və böhrandan çıxış yollarını müzakirə ediblər.