Toni Bler 2003-cü ildə İraqın işğal edilməsinin İŞİD-in yaranmasına səbəb olduğunu etiraf edib

25 Oktyabr 2015 22:00 (UTC+04:00)

Böyük Britaniyanın sabiq baş naziri Toni Bler İraqın 2003-cü ildə ABŞ ordusu və onun müttəfiqləri tərəfindən işğal edilməsinin İŞİD terror qruplaşmasının yaranmasına səbəb olduğunu etiraf edib.

Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Daily Mail məlumat yayıb.

"Düşünürəm ki, burada müəyyən həqiqət var. Əlbəttə, siz Səddam Hüseyni 2003-cü ildə devrildənlərin 2015-ci ildəki hadisələrə görə məsuliyyət daşımadıqlarını deyə bilmərsiz", deyə sabiq baş nazir aparıcının İraqın işğal edilməsinin İŞİD-in yaranmasına səbəb olması ilə bağlı sualını cavablandırarkən bildirib.

Toni Bler həmçinin işğala səbəb olmuş kəşfiyyatın verdiyi yanlış məlumatlara və rejimin devrilməsindən sonra gözlənilən hadisələrin planlaşdırılması zamanı yol verilmiş ciddi səhvlərə görə üzr istəyib

Qərv mətbuatının məlumatına görə, Toni Bler və Corc Buş işğaldan hələ 1 il əvvəl İraq la müharibəyə dair razılığa gəliblər.