Bakı-Sumqayıt yolunda tıxac müşahidə edilir

26 Oktyabr 2015 09:00 (UTC+04:00)

Bazar ertəsi Bakıda nəqliyyatın hərəkətində yenidən sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  daxil olan xəbərə görə, hazırda Bakı-Sumqayıt şosesində (paytaxta doğru), Moskva prospekti, 28 May küçəsi, A. Bakıxanov küçəsi (Türkiyə Səfirliyinin qarşısı), Ü.Hacıbəyov küçəsi və S.Vurğun küçəsində ("Təzə bazar"a gedən istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində ləngimə qeydə alınıb.