Monteneqronun baş naziri ölkədəki etirazların təşkilində Rusiyanı təqsirləndirib

26 Oktyabr 2015 12:08 (UTC+04:00)

Rusiya serb millətçiləri ilə birlikdə Monteneqroda hakimiyyətin devrilməsinə yönələn etirazların təşkilində iştirak edir.

Movqe.az-ın xəbərinə görə, bunu HRT nəşrinə müsahibəsində ölkənin baş naziri Milo Cukanoviç bəyan edib.

"Şübhə yoxdur ki, Rusiya Podqoritsada hakimiyyət əleyhinə etirazların təşkilində fəal rol oynamaqda davam edir", - deyə baş nazir bildirib.

O, həmçinin əlavə edib ki, bunlara baxmayaraq vəzifəsini tərk etməyə hazırlaşmır.

Xatırladaq ki, oktyabrın 24-də Monteneqro polisi parlament binası qarşısında toplaşan müxalifət tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Nəticədə 15 polis əməkdaşı və 24 mülki vətəndaş xəstəxanalara müraciət etməli olub.

Təxminən 5 min nəfərin etirazlarda iştirak etdiyi deyilir. Etirazçılar 1991-ci ildən hakimiyyətdə olan baş nazir Milo Cukanoviçin istefasını, keçid hökumətinin yaradılmasını və təcili seçkilər keçirilməsini tələb ediblər. Onlar iddia edirlər ki, baş nazir ölkəni öz votçinasına çevirib. Onlar, həmçinin ölkənin NATO-ya üzvlüyü əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, Monteneqro 680 min əhalisi olan,Avropa İttifaqı və NATO-ya qoşulmağa çalışan, Yuqoslaviyanın dağılması nəticəsində yaranan respublikalardandır.