Azərbaycanlı hakim Ermənistan yığmasının 3 oyununu idarə edib

26 Oktyabr 2015 12:50 (UTC+04:00)

Futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayev dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edib.

Movqe.az Goal.az-a isitinadən məlumat verir ki, 31 yaşlı ədalət təmsilçisi Latviya, Estoniya, Kipr və Ermənistanın yer aldığı D qrupunun qarşılaşmalarına təyinat alıb.

Nurullayev 6 qarşılaşmadan 3-də komandaları meydana çıxarıb. Bunların hamısı Ermənistan millisinin iştirakı ilə baş tutub. Ermənilər azərbaycanlı referinin birinci hakim olduği matçda Latviyaya 3:4, ikinci hakim olduğu qarşılaşmalarda isə Kiprə 2:3, Estoniyaya 1:2 hesabı ilə uduzublar. Məğlub komandanın futzalçıları üst-üstə 10 sarı vərəqə alıb.

Kiprdə keçirilmiş seçmə mərhələnin yekununda xal toplaya bilməyən Ermənistan millisi sonuncu yeri tutub.