Cüdoçumuzdan ikinci medal

26 Oktyabr 2015 13:42 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.


Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, 90 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Firudin Dadaşov mundialın bürünc medalını qazanıb.


İlk görüşündə Yeni Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən F.Dadaşov sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. Dörddəbir finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Polşa idmançısı Rafal Kozlovskiyə ippon ilə qalib gələn Firudin Dadaşov üçüncü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu məğlub edərək bürünc medala sahib olub.


Xatırladaq ki, çempionatda mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. Turnirdə 66 kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov da üçüncü yeri tutub.