"Bir xala görə sevindiyimi söyləyə bilmərəm"

26 Oktyabr 2015 14:30 (UTC+04:00)

"Galatasaray" Türkiyə Superliqasında növbəti matçını əzəli rəqibi "Fenerbahçe"yə qarşı keçirib. "Şükrü Saracoğlu" stadionunda 16 illik uğursuz seriyaya son qoyub qələbə qazana bilməsə də, "sarı qırmızılılar" çətin səfərdən 1 xalla dönməyi bacarıb. Movqe.az Goal.az-a istinadən verir ki, oyundan sonra "Galatasaray"ın baş məşqçisi Hamza Hamzaoğlu qələbə üçün meydana çıxdıqlarını bildirib.

"Son dəqiqələrdə aldığımız 1 xal bizi rahatlatdı. Qalib gəlmək istəyirdik. Amma istədiyimiz oyunu göstərmədiyimiz üçün üzgünəm. Bir xala görə sevindiyimi söyləyə bilmərəm. İlk hissədə bəzi futbolçularımız anlaşılmaz şəkildə rəqibin üzərində getdi, bəzisi isə geri çəkildi. Səsimi eşitmədilər, buna müdaxilə edə bilmədim. Bu atmosferdə oynamaq asan deyil. Oyunçularımı xal qazandıqlarına görə təbrik edirəm. Karolun əzələsində problem var. Amma, İnşallah, ciddi olmaz".