Nalbandyan həmsədrlərlə görüşüb

26 Oktyabr 2015 16:35 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Movqe.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə münaqişənin sülh yolu ilə həlli imkanları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, həmsədrlər regiona səfər çərçivəsində oktyabrın 28-də Azərbaycana səfər edəcəklər.