Azərbaycanda parlament seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərin sayı 500-ə yaxınlaşır

26 Oktyabr 2015 16:46 (UTC+04:00)

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı 500-ə yaxınlaşır.

Movqe.az Secki-2015.az saytına istinadən məlumat verir ki, seçkiləri izləyəcək yerli müşahidəçilərin sayı isə 60 min nəfərdir.

Qeyd edək ki, seçkiləri MDB, Avropa ökələrindən gələcək müşahidəçi izləyəcək. Seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatların sayı isə 27-yə çatıb.