Bakıda polşalı pianoçu Yakub Derin konserti keçiriləcək.
Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, konsert noyabrın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
Polşanın müstəqillik gününə həsr olunan konsertdə Frederik Şopenin bütün dünyada məşhur olan əsərləri səsləndiriləcək.