Ermənilər böyük qorxu içində

27 Oktyabr 2015 07:00 (UTC+04:00)

Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi Ermənistanda getdikcə daha çox narahatlıq yaradır. Artıq İrəvanda belə hesab edirlər ki, Rusiya ilə Azərbaycan arasında dərinləşən əməkdaşlıq Bakının həm hərbi, həm də diplomatik müstəvidə qazandığı uğurların miqyasını xeyli genişləndirir. Belə etiraflar da səslənir ki, Rusiya amilinin neytrallaşdırılması Bakıya Qarabağ münaqişəsinin həllini daha da tezləşdirmək imkanları qazandırır.

Bütün bunları nnəticəsidir ki, Ermənistanda Rusiyadan narazılıq artır, xüsusən də Azərbaycala əhrbi əməkdaşlıq İrvanı getdikcə daha çox qorxuya salır. Yeri gəlmişkən qeyd edək ki, BMT-nin adi silahlar reyestrinin veb-saytında Rusiyanın 2014-cü il üçün registr haqda hesabatından məlumatlar yerləşdirilib. İinformasiya xeyli geciksə də genişdir və Rusiyanın silah satdığı bütün ölkələri əhatə edir. Saytın məlumatına görə, Rusiya həmin il ərzində Azərbaycana rəsmi bəyan edilmiş şəkildə, BMT registrinin uçotuna düşən aşağıdakı silahları satıb: 65 ədəd tank (yəqin ki, T-90 nəzərdə tutulur), 78 ədəd zirehli döyüş maşını (yəqin ki, BMP-3-lər nəzərdə tutulur), 118 ədəd iri çaplı artilleriya sistemi (yəqin ki, 2C19M, 2C31, PSZO "Smerç", TOS – 1A nəzərdə tutulur).

Bütün bunlar fonunda təmas xəttində ermənilərin itkisinin artması isə düşməni daha böyük vahiməyə salır. ABŞ-ın "EurasiaNet" nəşrinin "Moskva təhlükəsizlik sahəsində İrəvana kömək etməyə nə qədər hazırdır?" başlıqlı yazısında bu məsələ ilə bağlı olduqca maraqlı məqamlara toxunulub: "Azərbaycan və Ermənistanın təmas xəttində qurbanların sayı artır. Bu tendensiya Ermənistanın bəzi sakinlərini Rusiya ilə onların ölkəsinin strateji münasibətlərinə yenidən baxmağa məcbur edir". Nəşr qeyd edir ki, 2013-cü ildən Ermənistan ordusunda döyüş itkilərinin sayı beş dəfə artıb. Cari ilin ilk doqquz ayı ərzində 31 erməni əsgərinin öldüyü bildirilir: "Təmas xəttində 2014-cü ildə 28 hərbi qulluqçu həyatını itirib". Yazıda bildirilir ki, Ermənistan sakinləri ölkənin şimalında – Gümrü şəhərində hərbi bazası olan Rusiyaya ənənəvi müttəfiq kimi baxsalar da, Dağlıq Qarabağ ətrafında gərginliyin artması fonunda bəzilərində suallar yaranmağa başlayıb: Moskva Ermənistanın maraqlarını müdafiə etməyə hazırdırmı? "Belə bir təəssürat yaranır ki, Rusiya region ölkələri ilə strateji əməkdaşlığın qaydaya salınması sahəsində öz azadlığını məhdudlaşdırmaq istəmir. Moskva Serj Sarkisyanın administrasiyası və onun tərəfdarlarına çatdırmağa çalışır ki, Rusiyadan çox şey gözləmək lazım deyil", - "EurasiaNet" nəşri qeyd edir.

2015-ci ilin yanvar ayında Avrasiya İqtisadi İttifaqına daxil olan Ermənistanın bu addımı rəsmi İrəvan tərəfindən bu şəkildə əsaslandırıldı ki, ittifaqa giriş ölkənin təhlükəsizliyini gücləndirəcək. Amma ermənilərin əksəriyyəti özlərini hazırda daha təhlükəli vəziyyətdə hiss edirlər. Bu vəziyyət xüsusilə iqtisadi sahədə özünü göstərir. Məsələn, rəsmi məlumatlara görə, 2015-ci ilin ilk altı ayına Rusiyaya ixrac ötən illə müqayisədə 35, Rusiyadan idxal isə 12 faiz azalıb. Ermənistan büdcəsi üçün həyatı əhəmiyyət daşıyan pul köçürmələri də xeyli azalıb. Avqust ayında olan məlumata görə, ölkəyə pul köçürmələrinin həcmi əvvəlki ayla müqayisədə 49 faiz azalaraq 71,3 milyon dollar təşkil edib. Bunun təxminən 70 faizi Rusiyadan göndərilib.

Rusiya məmurları isə "Qarabağ müharibəsində Kreml Ermənistan, yoxsa Azərbaycanın tərəfində olacaq?" sualına cavab verməkdən yayınırlar. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da dəfələrlə İrəvana siqnallar göndərib ki, qurum Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini müdafiə etməyə hazırdır. Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlar isə beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanı müdafiə etmək üçün heç bir qanuni əsasa malik deyil.

"Bloomberg" agentliyi isə ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupunun münaqişənin nizamlanmasına yönələn səylərinin nəticə vermədiyini xatırladır. Agentlik bildirir ki, Prezident İlham Əliyev Bakını parlaq göydələnlərin ucaldığı və bahalı butiklərin sıralandığı paytaxta çevirib, eyni zamanda ordunu yenidən qurub. Azərbaycanın hərbi xərcləri ötən 10 ildə 30 dəfə artıb və 2015-ci ildə 4,8 milyard dollara çatıb. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Bu isə müharibəninnəticələriən ciddi təsir edir. Məhz b usəbəbdən ermənilər getdikcə daha çox təşviş içində yaşamaqdadırlar.