Təhlükə hiss edən timsah bir gözü açıq yatır

27 Oktyabr 2015 10:20 (UTC+04:00)

Avstraliyalı və almaniyalı alimlərin birgə araşdırmaları nəticəsində məlum olub ki, duzlu suda yaşayan timsahlar təhlükə hiss etdikləri zaman gözlərindən biri açıq şəkildə yatırlar. Bununla bağlı məlumat "Eksperimental Biologiya" jurnalında dərc edilib.

Avstraliyanın La Trobe Universitetində quraşdırılmış üç böyük hovuzda 24 saat ərzində timsahların davranışları lentə alınıb. Bir il davam edən eksperiment zamanı məlum olub ki, onların beyinlərinin bir hissəsi yatdıqları zaman belə oyaq qalır.